• $
  • €
  • ₽
  • ₺
  • £

İranda bu qadınlara 74 şallaq cəzası təyin edilib - FOTO

İranda bu qadınlara 74 şallaq cəzası təyin edilib - FOTO
14.12.2018 09:52
İranda qadınlar arasında plastik əməliyyat geniş yayılıb.
"Ölkə.Az” xəbər verir ki, göstəricilərə görə iranlı qadınlar dünyada ən çox plastik cərraha müraciət edən qadınlar sırasına yüksəlib.

Statistikalara əsasən, plastik əməliyyat tələbi ən çox 17-26 yaş arası qadınlarda olur. Məlum olub ki, orta və yuxarı sinfin qadınları arasında belə əməliyyatlar çox geniş yayılıb.
Mütəxəssislər qeyd ediblər ki, plastik əməliyyat olunan insanların 50 faizinə cərrahi müdaxilə ehtiyac olmayıb. Gənclər daha gözəl görünmək, dəbə ayaq uydurmaq üçün cərrahlara müraciət edirlər. İranda 3 mindən çox həkim plastik əməliyyat edir. Səhiyyə nazirliyi isə bu insanların çox az hissəsinə icazə verir, əməliyyatların əksəriyyəti mütəxəssis olmayan insanlar tərəfindən həyata keçirilir.

Təkcə həkimlərdən biri son 11 il ərzində 5 min burun əməliyyatı etdiyini bildirib. Xaricdən isə hər ay 7-8 nəfər gəlir və cərraha müraciət edir. Avropada yaşayan və burun əməliyyatı üçün İrana səfər edən 33 yaşlı qadın bildirib ki, daha yaxşı xarici görünüş, ucuz qiymət üçün belə bir qərara gəlib.
Ötən aylarda İran parlamentinin hüquq komissiyasının mətbuat katibi Həsən Novruzi bildirmişdi ki, "eşşək qulağı” və "pişik gözü” plastik əməliyyatı etdirən və edənlərə 10 gündən 2 aya qədər həbs cəzası və 74 şallaq cəzası tətbiq ediləcək.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol