• $
  • €
  • ₽
  • ₺
  • £

Stounhencin sirri açıldı

Stounhencin sirri açıldı
24.12.2018 09:50
Arxeoloqlar yaşı 4,6 min ilə qədər olan silindrşəkilli qədim daşların təyinatını müəyyən edə bilib. Məlum olub ki, müasir İngiltərənin şimalında yaşayan qəbilələr meqalitik tikililərin, o cümlədən Stounhencin inşası zamanı ondan ölçü aləti olaraq istifadə ediblər.

Oxu.Az xəbər verir ki, bu haqda "Daily Mail” nəşri məlumat yayıb.

Qəliz yivləri olan silindrlər 1889-cu ildə Neolit dövrünə aid uşaq məzarında aşkarlanıb və müntəzəm tədqiqatların obyektinə çevrilib. Ancaq yalnız indi alimlər bu artefaktların hansı məqsədlərlə tətbiq olunduğunu müəyyən edə bilib.

Alimlər hər bir silindrin ətraf  uzunluğunu ölçüb və məlum olub ki, böyük silindri yeddi dəfə kəndirlə doladıqda, ölçülmüş uzunluq 3,22 metrə bərabər olur. Orta ölçülü silindri səkkiz, ən kiçik ölçülü silindri isə 10 dəfə doladıqda həmin ölçü əldə olunur.

Arxeoloqların sözlərinə görə, Stounhenc trilitlərinin yaradılması zamanı məhz bu ölçü vasitəsindən istifadə olunub. Qədim insanlar lazımi ölçünü müəyyən etmək üçün, folkton silindrlərinin ətrafına kəndir dolayırdı. Bu texnologiya qədim insanlara tikinti zamanı eyni hündürlükdə olan daş parçalarından istifadə etməyə imkan verib.

Buna qədər Stounhencin qədim insanlar tərəfindən "gözəyarı” – hər hansı ölçü cihazından istifadə olunmadan inşa olunduğu güman edilirdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol