• $
  • €
  • ₽
  • ₺
  • £

İlin ən uğursuz milyarderi məlum oldu - SİYAHI

İlin ən uğursuz milyarderi məlum oldu - SİYAHI
24.12.2018 12:20
"Forbes” jurnalı 2018-ci ilin ən uğursuz və ən uğurlu milyarderlərinin reytinqini tərtib edib.

Anews.az technote-yə istinadən xəbər verir ki, ilin ən uğurlu milyarderi "Amazon” şirkətinin təsisçisi Jeff Bezos olub. Onun sərvəti il ərzində 27.9 milyard dollar böyüyüb. Ən uğursuz milyarderlər siyahısına isə "Facebook” şirkətinin təsisçisi Mark Zuckerberg tutub. O, il ərzində 18.7 milyard dollar itirib.

Siyahını sizlərə təqdim edirik:

İlin ən uğursuz milyarderləri:

1. Mark Zuckerberg: Bu il ərzində 18.7 milyard dollar itirdi. Hal hazırki sərvəti 52.5 milyard dollar dəyərində qiymətləndirilir.

2. Zara şirkətinin təsisçisi Amancio Ortega: Bu il ərzində 16.2 milyard dollar itirdi. Hal hazırki sərvəti 59.6 milyard dollar dəyərində qiymətləndirilir.

3. Almaniyanın Schaeffler şirkətinin əsas səhmdarı Georg Schaeffler: Bu il ərzində 14 milyard dollar itirdi. Hal hazırki sərvəti 12.4 milyard dollar dəyərində qiymətləndirilir.

4. Çinin Tencent şirkətinin CEO-su Ma Huateng: Bu il ərzində 10.1 milyard dollar itirdi. Hal hazırki sərvəti 35.1 milyard dollar dəyərində qiymətləndirilir.

İlin ən uğurlu milyarderləri:

1. Amazon şirkətinin təsisçisi Jeff Bezos: Bu il ərzində 27.9 milyard dollar qazanıb. Hal hazırki sərvəti 126.2 milyard dollar dəyərində qiymətləndirilir.

2. Uniqlo şirkətinin təsisçisi Tadashi Yanai: Bu il ərzində 7 milyard dollar qazanıb. Hal hazırki sərvəti 27.1 milyard dollar dəyərində qiymətləndirilir.

3. Lukoil şirkətinin əsas sahibi və CEO-su Vagit Alekperov: Bu il ərzində 4.6 milyard dollar qazanıb. Hal hazırki sərvəti 19.5 milyard dollar dəyərində qiymətləndirilir.

4. Mediamaqnat Rupert Murdoch: Bu il ərzində 4.6 milyard dollar qazanıb. Hal hazırki sərvəti 19.3 milyard dollar dəyərində qiymətləndirilir.

5. Novatek şirkətinin hissədarlarından biri Leonid Mikhelson: Bu il ərzində 4 milyard dollar qazanıb. Hal hazırki sərvəti 21.4 milyard dollar dəyərində qiymətləndirilir.

6. Novatek şirkətinin digər bir hissədarı Gennady Timchenko: Bu il ərzində 3.8 milyard dollar qazanıb. Hal hazırki sərvəti 18.9 milyard dollar dəyərində qiymətləndirilir.

7. Microsoft şirkətinin keçmiş CEO-su Steve Ballmer: Bu il ərzində 3.4 milyard dollar qazanıb. Hal hazırki sərvəti 40.7 milyard dollar dəyərində qiymətləndirilir.

8. Hindistanın Jio adlı mobil operatorunun yaradıcısı Mukesh Ambani: Bu il ərzində 3 milyard dollaq qazanıb. Hal hazırki sərvəti 44.4 milyard dollar dəyərində qiymətləndirilir.

9. Microsoft şirkətinin həmtəsisçisi Bill Gates: Bu il ərzində 2.9 milyard dollar qazanıb. Hal hazırki sərvəti 93.9 milyard dollar təşkil edir.

10. Tesla və SpaceX şirkətlərinin CEO-su Elon Musk: Bu il ərzində 2.8 milyard dollar qazanıb. Hal hazırki sərvəti 22.5 milyard dollar dəyərində qiymətləndirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol