Hindistanda 50 avtomobil toqquşub, ölənlər var

Hindistanda qatı duman səbəbindən 50 avtomobil toqquşub.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində səkkiz nəfər ölüb. Toqquşan avtomobillər arasında məktəb avtobusları da olub.
Yaralılardan onunun vəziyyəti kritik olaraq qiymətləndirilir.
Qəza səbəbindən yolda iki kilometr uzunluğunda tıxac yaranıb.
www.anews.az
























