Latış ekskavatorla Estoniya torpağını Latviyaya daşıdı

Latviyalı bir şəxs ekskavatorun köməyi ilə Estoniya torpağını öz ölkəsinin ərazisinə daşıyıb.
"Ölkə.Az” xəbər verir ki, Estoniya hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıblar.
Latış ekskavatorla sərhəd xəttinə gedib və eston ərazisindəki torpağı ekskavatorun çömçəsi ilə latış ərazisinə töküb.
Qraudinş adlı şəxs "Bu sizə Ronyu adasına görədir” deyə bildirib. Ronyu adası birnci dünya müharibəsindən sonra Estoniya və Latviya arasında mübahisələrə səbəb olub. Amma yerli əhali Estoniyanı seçib.
www.anews.az
























