• $
  • €
  • ₽
  • ₺
  • £

Sunamidə “boğulan” İndoneziyadan qəribə qərar…

Sunamidə “boğulan” İndoneziyadan qəribə qərar…
25.12.2018 23:32
İndoneziya sunaminin Sumatra və Yava adalarına vurduğu zərəri aradan qaldırmaq üçün beynəlxalq yardımı qəbul etməyəcək.
Bu barədə dekabrın 25-də Cakartada təşkil edilən mətbuat konfransında Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho məlumat verib.
"Hesab edirik ki, bir sıra ölkələrin yardım təklif etməsinə baxmayaraq, biz təbii fəlakətin nəticələrini özümüz aradan qaldırmağa qadirik”, – deyə rəsmi nümayəndə bildirib.
Onun sözlərinə görə, baş vermiş təbii fəlakətə ümummilli statusu verilməyib və onun nəticələrini aradan qaldırmaq əsasən, regional hakimiyyət orqanlarına tapşırılıb. Bununla yanaşı, mərkəzi hökumət də lazım olan köməyi göstərəcək.
Təbii fəlakət nəticəsində dəyən iqtisadi zərərə gəlincə, hazırda onun hesablanması gedir. Agentliyin nümayəndəsinin bildirdiyinə görə, sunaminin vurduğu ziyanın sentyabrın sonlarında Sulavesi adasında baş verən zəlzələdən az olacağı artıq məlumdur. Həmin vaxt ümumilikdə dəyən zərər 1 milyard dollar təşkil etmişdi.
Xatırladaq ki, Avstraliya, Malayziya və Sinqapur sunaminin vurduğu zərərin nəticələrinin aradan qaldırılması üçün yardım təklif ediblər. Son məlumatlara görə, təbii fəlakət nəticəsində Banten və Lampunq əyalətlərində 429 nəfər həlak olub, 150 nəfər itkin düşüb və 1400 nəfər müxtəlif xəsarətlər alıb. Bundan əlavə, 16 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb. (Axar.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol