• $
  • €
  • ₽
  • ₺
  • £

İraqda azərbaycanlı qadınlara edam cəzası verilib - AÇIQLAMA

İraqda azərbaycanlı qadınlara edam cəzası verilib - AÇIQLAMA
26.12.2018 15:37
Valideynləri Mosuldakı hərbi əməliyyatlarda ölən 20 uşaq İraqdan Azərbaycana qaytarılıb. 

Anews.az xəbər verir ki, bununla bağlı məlumatı "İnterfaks-Azərbaycan”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov verib. 

"İraq hökumətinin İŞİD terror təşkilatına qarşı əməliyyatı zamanı valideynlərini itirən 20 uşaq Azərbaycana qaytarılıb və yaxın qohumlarına təhvil verilib”, - o bildirib.

Onun sözlərinə görə, uşaqların uzun müddət din-ideoloji müharibənin getdiyi yerlərdə yaşamasını və təsirlənməsini nəzərə alaraq, onların hazırda bərpası və cəmiyyətə inteqrasiyası üçün işlər aparılır:

"Bundan başqa, digər uşaqların da Azərbaycana qaytarılması üçün işlər davam etdirilir”.

S.Heydərov qeyd edib ki, İraq ərazisində məsuliyyətə cəlb edilən azərbaycanlı qadınlar da var: 

"Onlardan bəzilərinə qarşı ölkə qanunlarına uyğun olaraq edam cəzası çıxarılıb. Digərləri ilə bağlı araşdırmalar davam etdirilir”.

Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşlarına aid bütün məsələlər, o cümlədən onların vətənə qaytarılması üçün İraq hökuməti ilə danışıqlar aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol