"Reina" qətliamçısının dostunun telefonundan qorxunc videolar çıxdı

Qatukiyev ona qarşı ittihamları qəbul etməyib.
Bu günlərdə Adanada tutulan və terror təşkilatı "Heyət Təhrir Şam" adına fəaliyyət göstərən Çeçenistan əsilli, Rusiya vətəndaşı Əhməd Qatukiyev saxlanılıb. Onun telefonunda aparılan araşdırma zamanı videolarda bomba istehsalı qaydaları və x-ray cihazından keçə biləcək canlı bomba jiletinin necə istehsal olunması haqda informasiyalar ortaya çıxıb.
Anews.az aznews.az-a istinadən məlumat verir ki, Adana Respublika Prokurorluğunun araşdırması nəticəsində Adana Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları terror təşkilatı Əl-Qaidənin Suriya qolu "Heyət Təhrir Şam"da fəaliyyət göstərən şəxsin Adanada olması ilə bağlı 21 dekabrda əməliyyat həyata keçirib.
Terrorist Yüreğir rayonunun 19 May məhəlləsində tutulub.
Kəskin nişançı olmasıyla yanaşı mərmi və raket mövzusunda mütəxəssis olan şübhəlinin başda Suriya olmaqla Çeçenistan, Misir və Əfqanıstandakı qarşıdurmalarda aktiv bir vəzifə aldığı məlum olub.
2013-ci ildə Türkiyəyə gəldikdən sonra müəyyən aralıqda qeyri-qanuni yollarla Suriyaya gedib gələn Qatukiyev 2017-ci ildə Misirə çıxış edib. Onun 2018-ci ilin yanvarında saxta pasportla Türkiyəyə geri döndüyü təsbit edilib. Bu tarixdən sonra isə passiv vəzifəyə keçdiyi və yeni il qeydləri çərçivəsində Avropa paytaxtlarından birində qanlı bir əməliyyata hazırlandığı güman edilir.
Şübhəlinin mobil telefonunda edilən araşdırmada x-ray cihazları və detektorlarda aşkarlanmayan canlı bomba jiletinin necə hazırlandığını izah edən videolar görülüb.
Tutularaq həbsxanaya göndərilən Qatukiyevin barmaq izi 1 yanvar 2017-ci il tarixində İstanbuldakı 'Reina' adlı əyləncə mərkəzində yeni il gecəsi təşkil edilən, 39 adamın ölümü, 79 nəfərin yaralanmasıyla nəticələnən hücumu reallaşdıran tacik əsilli, özbək vətəndaşı Abdulqadir Maşaripov ilə Başaqşəhərdə qaldığı evdə də çıxmışdı.
www.anews.az
























