"Allah: sizə üz verdim" - Tanrının adından hesab açıb, dini ələ salan şəxs həbs olundu

Sosial şəbəkələrdə Allah adı ilə əyləndirici paylaşımlar edən şəxs cərimələnib.
Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Türkiyənin Muş vilayətində yaşayan E.P adlı şəxs Tvitterdə "Allah c.c" adlı profil açaraq, yumor dolu statuslar yazıb.

Ona dini dəyərləri alçaltdığına görə 11 ay 20 gün həbs cəzası verilib. O, 7 min lirə ödəməklə sərbəst buraxılıb.
.jpg)
Qeyd edək ki, ondan şikayət edən şəxs ərizəsində "siyasətçiləri təhqir edənlər həbs olunur, Allahı da təhqir edən cəzalandırılsın", - sözlərini yazıb.
www.anews.az
























