Moskvada amerikalı “casus” saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşını həbs edib.
"Dekabrın 28-də Moskva şəhərində Rusiya Federasiyasının Federal təhlükəsizlik xidmətinin əməkdaşları casusluq edən ABŞ vətəndaşı Pol Uilanı saxlayıb”, - deyə Mərkəzin məlumatında deyilir.
Şübhəli şəxsin konkret olaraq hansı əməlinə görə saxlanıldığı xəbər verilmir. Qeyd edək ki, sözügedən maddə üzrə təqsirli bilinən şəxslər 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilir.
oxu.az
www.anews.az
Bu haqda Rusiya FTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, FTX-nin İstintaq idarəsi ABŞ vətəndaşına qarşı RF-nın Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə cinayət işi açılıb.
oxu.az
www.anews.az
























