Artıq mağazalarda məhsulları yığmaq üçün paketlərə də pul ödəyirlər - Qərar qüvvəyə minib

Türkiyədə paketlərin pulla satıılması ilə bağlı qərar qüvvəyə minib.
Sonxəbər.ax milli.az-a istinadla xəbər verir ki, artıq mağazadan alınan malları paketlərə qoymaq üçün əlavə 25 kuruş (100 kuruş = 1 lirə) istənilir.
Paketlər pulsuz verildiyi təqdirdə həmin mağazalar cərimələnəcək.
Bu qərarla bağlı ötən gün sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə mağazadan mal alan şəxsin aldığı məhsulları gödəkçəsinə yığması əks olunub.
www.anews.az
























