• $
  • €
  • ₽
  • ₺
  • £

Kapron corablar oğruları ələ verdi

Kapron corablar oğruları ələ verdi
18.10.2014 18:00
Xəzər rayon polis İdarəsi əməkdaşları Bakının Türkan qəsəbəsində sentyabr ayının 30-da baş vermiş qarət hadisəsinin üstünü açıblar.Oxu.Az xəbər verir ki, bu barədə Vesti.az-a Xəzər rayon polis idarəsində bildiriblər.Fakt üzrə beş nəfər saxlanılıb. Xəbər verildiyi kimi cinayətkarlar qara maska geyərək, Quliyev Rəşad Rəşid oğlunun evinə giriblər. onlar evə açıq qalan qapıdan daxil olublar. Ailə üzvləri bu vaxt yatmış olublar. Yatan ev sakinlərinin əllərini iplə bağlayıblar.Cinayətkarlar Quliyevlərə hədə-qorxu gələrək 2 000 manat, 200 dollar, eləcə də 5000 manat dəyərində olan zinət əşyalarını ələ keçiriblər. bundan başqa cinayətkarlar Quliyevin ov tüfəngini də alıblar.Qeyd edək ki, saxlanılanlar: Abıyev Mais Ələddin oğlu, Zeynalov Salman Mahmud oğlu, Yusifov Yaşar Rəşid oğlu, Quliyev Şamil Zakir oğlu və Mirbağırov Mircavid Seyidağa oğludur.Saxlanılan şəxslər evli deyillər və heç bir yerdə işləmirlər.Cinayətkarlar əldə etdikləri qəniməti aralarında bölüblər, pulu isə qızlarla əyləncəyə xərcləyiblər. Amma cavanlar azadlıqda çox gəzmədilər. onlar nahaq yerə maskalarına güvənirdilər.İş ondadır ki, cinayətkararın boş başlarına keçirdikləri corab o qədər nazik olub ki, onların üçünü görmək və yadda saxlamaq mümkün olub. Ev sahiblərinin yardımı ilə fotorobot tərtib edilib və cinayətkarlar bir birinin ardınca saxlanılıb.  Oğurlanan qızıl və silahı polis saxlanılan şəxslərin evlərində axtarış zamanı aşkar ediblər və cinayət işinə əyani sübut kimi əlavə ediblər.Zərərçəkənlər sonradan etiraf ediblər ki, onlar hər zaman qapını açıq qoyurlar. İndi onlar dəqiq qapını bağlayacaqlar.Fakt üzrə istintaq davam edir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol