• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur "vor zakon" yenidən həbs olundu

Məşhur "vor zakon" yenidən həbs olundu
29.05.2020 01:41
Ukrayna Təhlükəsizlik Xidmətinin korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə Baş idarəsinin əməkdaşları İvano-Frankovsk vilayətində qafqazlı "vor zakon"u saxlayıblar. 


Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, əməliyyatçılar "Tenqo Qalskiy" ləqəbli Tengiz Çarayanın ölkə ərazisinə saxta sənədlərdən istifadə etməklə, qanunsuz yolla daxil olduğu haqda məlumat əldə ediblər və onun izinə düşüblər. 


Əməliyyat məlumatlarına əsasən onun Ukraynaya qanunsuz daxil olmasının məqsədi cinayətkar qruplaşmaların fəaliyyətini koordinasiya etmək idi.


Məsələ burasındadır ki, Tengiz Çaraya 2018-ci ilin aprelində saxlanılmışdı və Ukraynadan deportasiya edilmişdi. 


Daha əvvəl isə onu 2014-cü ildə deportasiya etmişdilər. Buna baxmayaraq "vor zakon" Ukrayna ərazisinə təkrar daxil olub. Və tutularaq deportasiya olunub. Lakin  2016-cı ildə Tengiz Çarayanı Ukraynada təkrar tutublar və deportasiya ediblər. Beləliklə, o barəsində 3 dəfə deportasiya qərarı çıxarılmasına baxmayaraq hər dəfə bu ölkəyə geri qayıtmağın yolunu tapıb. Dördüncü dəfədə onu hansı cəzanın gözləyəcəyi hələ məlum deyil. 


Təhlükəsizlik Xidməti bildirir ki, o Kiyev rayonunda quldur hücumları, soyğunçuluq, avtomobillərin qaçırılması kimi cinayətlərdən əldə edilən pulların bölüşdürülməsini nəzarətinə götürmək istəyirdi.


Saxlanılarkən Çarayanın üzərində TT markalı tapança və saxta sənədlər aşkar edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol