• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin gizli "KOZIRI" – Nüvə müharibəsi başlasa...

Putinin gizli "KOZIRI" – Nüvə müharibəsi başlasa...
05.01.2019 22:15
Rusiya özünün nüvə potensialını və hərbi sferadakı innovasiya imkanlarını genişləndirir.

Belə bir məqamda Rusiya prezidenti Vladimir Putinin qürrələndiyi ən yeni raket sistemi "Avanqard" diqqət cəlb edir.

Bu raket sistemi rəsmi Moskvaya həm ABŞ-ın diqqətini cəlb etmək, həm də Rusiyanın öz nüvə gücünün təkmilləşdirilməsi baxımından vacibdir.
Modern.az saytının məlumatına görə, ABŞ-ın "Washington Examiner" nəşri yazıb ki, "Avanqard" hipersəs raketləri ABŞ-ı raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gəlmək üçün nəzərdə tutulub.

"Avanqard" Rusiya silahlı qüvvələrinin qabaqcıl hissələrində silahlandırılmaya daxil ediləcək.

Rusiya lideri Vladimir Putin qeyd edib ki, Amerikanın hava hücumundan müdafiə sistemləri zəifdir.

Məsələ ondadır ki, "Avanqard" istənilən amerika vasitələrindən yayınmağı bacara bilən bir silahdır.

Nəşr yazıb ki, Putin tammiqyaslı nüvə müharibəsində belə Rusiyanın Amerikanı üstələyəcəyinə əmindir.

Bununla belə bildirilir ki, Rusiyanın sualtı gəmiləri çox səs-küylüdür və strateji bombardmançıları köhnədir.

O da qeyd olunur ki, Amerika Rusiya ilə nüvə müharibəsində üstünlük qazanar – ABŞ vətəndaşları üçün müharibə xərclərinin çox böyük olsa belə.
Ancaq "Avanqard" sistemi Amerika üçün çox ciddi təhlükələr yaradır. Putin açıq şəkildə bildirir ki, "Avanqard"ın ortaya çıxmasında Amerikanın özü günahkardır.
Amerika hərbçiləri qeyd edirlər ki, başlıca problem "Avanqard" raketinin olduqca yüksək sürətlə uçması və manevr qabiliyyəti deyil, onu aşkarlamağın qeyri-mümkün olmasıdır. Raketin uçuş trayektoriyasını hesablamaq mümkün deyil, üstəlik Amerika radarlrının imkanları da buna yetmir.
Xatırladaq ki, ötən ilin dekabrın 26-da keçirilmiş sınaqlar zamanı "Avanqard" raketi Orenburq vilayətindəki poliqondan buraxılıb və 6500 kilometrə qədər məsafə qət edərək Kamçatka vilayətindəki Kura poliqonunda hədəfi vurub.

Raket bu məsafəni təxminən yarım saata qət edib, onun uçuş sürəti 27 MAX (30 min km/saat-dan çox) olub. Bu isə o deməkdir ki, raket saniyədə 8.4 kilometrdən çox məsafə qət edib.

Vladimir Putin həmin raketin mövcudluğu haqda 2018-ci ilin martında elan etmişdi. Lakin o zaman bir çoxları, o cümlədən Qərbdə belə raketin sadəcə kağız üzərində mövcud ola biləcəyini deyirdilər. Hesab edirdilər ki, həmin sürətlə uçan, kiçik nüvə reaktoru ilə təchiz edilmiş raket hazırlamaq sadəcə olaraq mümkün deyil.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol