Millinin üzvü, ölkə çempionu olan məşhur idmançı oğurluq edərkən tutuldu - FOTO

Türkiyə çempionu olan milli komandanın keçmiş üzvü Trabzonda ekskavator deposundan benzin oğurlayarkən 3 dostu ilə birlikdə yaxalanıb.
Milli.Az İHA-ya istinadən xəbər verir ki, aralarında məhkəmədə təmizlik işçisi kimi çalışan şəxsin də olduğu 4 dostdan biri əməllərindən peşman olduğu üçün polis idarəsinə gedərək xəbər verib.
Dostların oğurladıqları benzin Uşu Sanda üzə keçmiş Türkiyə çempionu və millinin keçmiş üzvü olduğu üzə çıxan U.K.B.-nin açmağı planlaşdırdığı idman zalında aşkar edilib.

www.anews.az
























