"Monika Belluçi" Türkiyədə ləğv olundu

Məşhur aktrisa Monika Belluçi türkiyəli işadamı Ərafat Yazıçıya qarşı qaldırdığı məhkəməni udub.ANN.Az xəbər verir ki, 2003-cü ildə iş adamı "Monika Belucci" adını panent olaraq rəsmi surətdə qeydiyyatdan keçirib. Bunu öyrənən Hollivud ulduzunun patent işlərini icra edən şirkət bütün dünyada olduğu kimi, Türkiyədə də ad haqqının qaytarılması üçün Türkiyə Panent İnstitutuna mürciət edib. Şirkət səlahiyyətliləri bu adın 2003-cü ildə qeydiyyata alındığını öyrənincə, məhkəməyə müraciət ediblər. Gözləndiyinin əksinə olaraq məhkəmə 7 il sürüb və yalnız indi Monika Belluçi öz haqqına qovuşa bilib. Qərara görə, 2003-cü ildə qeydiyyata alınan panent ad ləğv edilib.ANN.Az
























