• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı kapitanın batan gəmisi - “Oğurluq” kömür daşıyırmış

Azərbaycanlı kapitanın batan gəmisi - “Oğurluq” kömür daşıyırmış
08.01.2019 14:37
Dünən Türkiyə sahillərində qəzaya uğrayaraq batmış, Panama bayrağı altında üzən "VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırmış.

Anews.az BakuPost-a istinadən xəbər verir ki, Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Mənbə qeyd edir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər və Köçkünlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Türkiyə sahillərində qəzaya uğramış və batmış, Panama bayrağı altında üzən "VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırdı. Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində "VOLGO-BALT” kimi "çay-dəniz” tipli gəmilər üçün qəzalar proqnozlaşdırılandır. Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan etibarən gəmi Panama bayrağı altında üzürdü”, - nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, qəza nəticəsində Azərbaycan vətəndaşları - gəmi kapitanı Turbat Kamil oğlu İsmayılov və kapitanın baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimov həlak olublar.

Gəmidə 20 heyət üzvünün, o cümlədən 9 Ukrayna, 2 Rusiya və 1 Azərbaycan vətəndaşının olduğu bildirilirdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol