Qazaxıstanda qətl törədən erməninin gizləndiyi ölkə bilindi

Qazaxıstanın Karaqanda şəhərində Yeni İl gecəsi kafelərdən birində yerli sakini qətlə yetirən erməni Rusiya ərazisinə qaçıb.
Anews.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər nazirinin müavini Janat Suletmanov xüsusi birifinqdə deyib.
O, şübhəli Narek Qururyanın yanvarın 1-I axşam Qazaxıstan-Rusiya sərhədini keçdiyini əlavə edib.
"Hazırda operativ-istintaq qrupumuzun biri Rusiyaya, digəri isə Ermənistana ezam olunub".
www.anews.az
























