Əsgər bir maşın silah qaçırıb terrorçulara qoşuldu

Livan ordusunun əsgəri Abdullah Şehade bir yük maşını dolu silahı qaçıraraq, silah-sursatla "Nüsrət cəbhəsi"nə qatılıb.
Avropa.info-nun məlumatına görə, hadisə Suriya və Livan sərhədində baş verib. Maşındakı silahların ABŞ və Səudiyyə Ərəbistan mənşəli olması diqqətdən yayınmayıb.
Bir neçə gün əvvəl Məhəmməd Anter adlı Livan əsgəri də fərarilik edərək, "Nüsrət cəbhəsi"nə qatılmışdı.
O, Livan ordusunu "Hizbullah"ın kuklasına çevrilməkdə, sünni müsəlmanlara qarşı hücumlara şərait yaratmaqda günahlandırmışdı.
ANN.Az
























