• $
  • €
  • ₽
  • ₺
  • £

Çin qorxusundan BBC-nin veb səhifəsini bağladı

Çin qorxusundan BBC-nin veb səhifəsini bağladı
17.10.2014 15:06

Britaniya Radio verilişləri Korporasiyasının (BBC) yaydığı məlumata görə, BBC-in İngilis dilində yayımlanan veb-səhifəsinə Çindən daxil olmaq olmur. BBC bu addımı “qərəzli senzura” adlandırır.

Çərşənbə günü yayılan bəyanatda BBC Dünya Qrupunun rəhbəri Peter Horroks Çin hökümətinin “xəbər və informasiyaya azad çıxış”-a qarşı olan bu qəsdi şiddətlə qinadığını bildirib.

Horroks həmçinin deyib ki, BBC bu addıma görə Çin hakimiyyətinə öz etirazını bildirir. Çin höküməti "Amerikanın səsi" də daxil olmaqla, bir çox xarici təşkilatların xəbər portallarını mütəmadi şəkildə bağlayır.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibinin verdiyi məlumata görə, bu məsələ Çin qanunlarına uyğun şəkildə həll olunur.

Çinin “Great Firewall” adlanan böyük internet senzura sistemi illərdir BBC-nin çin dilində fəaliyyət göstərən veb-səhifəsini blok edir. Çərşənbə gününə qədər BBC-nin ingili dilli səhifəsi Çində geniş şəkildə istifadə olunurdu.

BBC bildirir ki, bu addımın hansısa xüsusi bir reportaja cavab olaraq atılıb-atılmadığını bilmir, ancaq aydındır ki, bu addım Honq Konqda baş verən nümayişlərlə əlaqədardır.

Çinin dövlət mətbuatında Çinin yarı-muxtar ərazisində keçirilən etiraz aksiyaları qanunsuz və sabitliyi pozan aksiya kimi təsvir olunur. Bu tədbirin etirazların Çinə yayılmasının qarşısını almaq üçün görüldüyü güman edilir ("Amerikanın səsi").

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol