• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın prezident olduğunu yeni öyrənən türk: "Geri dönüş yoxdur"

Ərdoğanın prezident olduğunu yeni öyrənən türk: "Geri dönüş yoxdur"
11.01.2019 11:08
Türkiyənin Balıkesir bölgəsində 40 ildir mağarada yaşayan və Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyini yeni öyrənən İsgəndər Gündüz ilk dəfə doğum gününü qeyd edib.

Anews.az publika.az-a istinadla xəbər verir ki, həyatının bir hissəsini Brüssel şəhərində yaşayan İsgəndər 40 il öncə ailəvi səbəblərdən dolayı çıxdığı dağdan bir daha enməyib.

Kənd sakinləri isə onu sevindirmək üçün doğum günündə dağa çıxıb və İsgəndər üçün tort aparıblar. O, bu sürprizdən xoşbəxt olduğunu deyib və kəndlilərlə söhbət edib. Elə bu zaman ölkədə idarəetmə sisteminin dəyişildiyini, Ərdoğanı isə hələ də baş nazir kimi tanıdığını bildirib. Hazırda baş nazirin kim olduğunu öyrənmək istəyən İsgəndər daha bir şoku yaşayıb. Kəndlilərlə birgə gedən jurnalistlər ona hökumət sisteminin tamamilə dəyişdirildiyini və hazırda baş nazir vəzifəsinin olmadığını deyib.

"Mağara adamı" daha sonra doğum günü ilə bağlı bu sözləri deyib: "70 il oldu dünyaya gəldiyim. 1945-ci ildə anadan olmuşam. Şəhər üsulu doğum gününü haradan bilim mən? Mən dəli adamam. 70 il əvvəl anadan olmuşam, həmd olsun. Doğum fabrikindən çıxıb gəlmişəm buraya. Asandırmı bu? Fabrik bu".

İnsanlarla birgə yaşamaq üçün dağdan enməyəcəyini deyən İsgəndər bunun üçün şəraitinin də olmadığını qeyd edib: "Geriyə dönmək yoxdur. Məndə dünya malımı var? Məndə heç nə yoxdur. Ölü bir adamam. Məzardayam. Əsgərin geri dönüşü yoxdur, hücum zamanı keçib. Oğul-uşaq hamısı cəbhədədir".

Qeyd edək ki, 3 xarici dil bilən İsgəndər Gündüzün ərzaq və maddi ehtiyaclarını kənd sakinləri qarşılayır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol