• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda nurçu dövlət çevrilişi - ŞOK Açıqlama

Bakıda nurçu dövlət çevrilişi - ŞOK Açıqlama
16.10.2014 17:57

Taner Yıldız: “Əgər biz uduzsaydıq, Bakını ələ keçirəcəkdilər”

Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin mətbuatına müsahibəsi zamanı keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışıb. 

ANS PRESS-in məlumatına görə, Yıldız müsahibənin ortasında Türkiyədə “paralel quruluş” adlanan qruplaşma tərəfindən 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb. Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi. 

Həmin günlər telefonu ən çox dinlənən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib: “Əgər Ankaradakı, Türkiyədəki 17 dekabr əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”. 

Yıldız 17 dekabr böhranından çıxmaq üçün geniş beynəlxalq danışıqlar apardıqlarına bildirib: “Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər”, - deyə Taner Yıldız bildirib. 

Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müxalifətin tələbinə baxmayaraq həmin günlərdə istefa vermədi. Daha sonra hakim partiya yerli seçkiləri qazandıqdan sonra, o, rüşvətə qarşı əməliyyatlarda iştirak etmiş hüquq-mühafizə işçilərinin iş yerlərini dəyişdi, bəzilərin vəzifədən çıxardı. Daha sonra həbsdə olan nazir balalarını azadlığa buraxdı. Həmçinin məsələni müzakirəyə çıxararaq 17 dekabr əməliyyatı ilə bağlı istintaqın davam etdirilməsini qadağan etdi. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol