Britaniyalı deputatlar “Brexit”in şərtlərinə dair sazişə “yox” dedilər

Britaniya parlamentinin deputatları "Brexit” şərtlərinə dair sazişin əleyhinə səs veriblər.
432 deputat sənədin əleyhinə, 202 nəfər isə lehinə səs verib.
Deputatlar həmçinin 600 səs əleyhinə, 24-ü lehinə olmaqla, "Brexit”ə ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək hüququ verən düzəlişləri təsdiq etməyiblər./oxu.az
www.anews.az
























