• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda “donuz qripi”nin 18-ci qurbanı

Gürcüstanda “donuz qripi”nin 18-ci qurbanı
29.05.2020 11:28
Sameqrelo-Zemo Svaneti bölgəsində Zuqdidi xəstəxanasında 41 yaşlı kişi qripin ağırlaşması səbəbindən dünyasını dəyişib. Bu barədə Gürcüstanın ictimai televiziyası məlumat verib.

Təcili yardım xidməti yanvarın 10-da kişini xəstəxanaya çatdırıb.

Həkimlərin sözlərinə görə, onda ikitərəfli pnevmoniya müşahidə edilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda Zuqdidi xəstəxanasında daha 26 nəfər qrip virusu diaqnozu ilə müalicə olunur. Onlardan biri süni nəfəsalma aparatına qoşulub.

Zuqdididəki hadisə son aylarda "donuz qripi” adı ilə tanınan H1N1 virusu səbəbindən 18-ci ölüm halıdır.

Son rəsmi məlumata əsasən, stasionarda qripdən təqribən 800 xəstə müalicə olunur. Onlardan 42 nəfərinin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Gürcüstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, qrip xəstələrinin sayı azalıb və 100 min nəfərə 253 xəstə düşür./oxu.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol