• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”da maksimum yaş həddi nə qədərdir?

“Facebook”da maksimum yaş həddi nə qədərdir?
15.10.2014 11:33
Minnesota ştatının ən yaşlı sakini “Facebook”da özünə səhifə açmaq üçün  real yaşını bir neçə il azaltmalı olub. Sosial şəbəkə qaydaları ilə istifadəçinin mümkün yuxarı yaş həddi təyin edilməyib, ancaq başlanğıc ayar kimi 109 yaş təşkil edir. Amma “Facebook” istifadəçilərinin sırasına qoşulmuş 114 yaşlı Anna Stoer üçün belə variant onsuz da keçərli deyil. “TJournal” yazır ki, Stoer bu yaxınlarda müasir texnologiyalardan istifadəyə başlayıb. “Verizon”un ticarət nümayəndəsi Cozef Ramires qadının 85 yaşlı oğluna smartfon satdıqdan sonra onlar dostlaşıblar. "ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, yaşlı qadın qısa müddətdə “iPad” planşetində “Google” və “FaceTime”i öyrənib və insanlarla əlaqə saxlamaq üçün sosial şəbəkədə qeydiyyatdan keçməyə qərar verib. Amma Anna qeydiyyat zamanı problemlə üzləşib, belə ki, 1900-cü ildə anadan olmuş qadın yaşını qeyd etmək üçün siyahıdan 1905-ci il seçməli olub, çünki son seçim məhz 1905 olub. Sonra yaşlı qadın Ramiresin köməyi ilə resursun yaradıcısı Mark Sukerberqə "Mən hələ buradayam" sözlərindən ibarət məktub göndərib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol