• $
  • €
  • ₽
  • ₺
  • £

İranda 24 saat Azərbaycanca yayımlanacaq televiziya kanalı açılır

İranda 24 saat Azərbaycanca yayımlanacaq televiziya kanalı açılır
14.10.2014 13:22

"Bir neçə gün sonra İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq".

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında deyib.  İ. Zərqami bildirib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, uşaqlar üçün cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Həmçinin bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək". Təşkilat sədri əlavə edib ki, həmin televiziya kanalında Azərbaycanda istehsal olunan faydalı filmlər də nümayiş olunacaq.  İ. Zərqaminin sözlərinə görə, İran “Azərspace-1” peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran Azərspace-1-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur". O,  həmçinin qeyd edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol