• $
  • €
  • ₽
  • ₺
  • £

Xürrəm Sultan Rusiya və Ukrayna arasında mübahisəyə çevrildi, Türkiyə cavab verdi

Xürrəm Sultan Rusiya və Ukrayna arasında mübahisəyə çevrildi, Türkiyə cavab verdi
27.01.2019 11:17
Türkiyənin hakimiyyət orqanları 1-ci Sultan Süleymanın həyat yoldaşı olmuş Roksolananın məqbərəsi qarşısında qoyulmuş lövhəyə dəyişiklik edib.
Bizimyol.info xəbər verir ki, lövhə üzərindəki mətndən Roksolananın rus mənşəyi barədə məlumat çıxarılıb. Sonradan bəlli olub ki, bu dəyişiklik Ukraynanın Türkiyədəki səfirliyinin xahişi ilə həyata keçirilib. Bu barədə məlumatı diplomatik missiya öz Twitter hesabı üzərindən yayımlayıb.
Yayılmış tvitdə buildirilir: "Tədricən tarixi həqiqəti bərpa edirik: Səfirliyimizin müraciətinə əsasən Türkiyə tərəfi 1-ci Sultan Süleymanın həyat yoldaşı olmuş Roksolananın Süleymaniyyə məscidinin yanında yerləşən məqbərəsi üzərindəki mətnə dəyişiklik edib və onun guya rus əsilli olması barədə məlumatı çıxarıb”.

Xürrəm Sultanın məqbərəsi 
TRAvropada Roksolana kimi tanınan Xürrəm Sultan əvvəlcə Sultan Süleymanın kənizi, sonra isə həyat yoldaşı olub. Osmanlı İmperiyasının qərarlarında böyük tol oynayan Xürrəm Sultanın milli kökləri ilə bağlı mübahisəslər hələ də davam edir.
Hazırda onun əsl adı və milli kökləri dəqiq bilinmir. Amma ümumən qəbul edilən versiyaya görə, Xürrəm Sultan hazırda Ukraynanın İvano-Frankovsk vilayətində yerləşən Roqatin şəhərində pravoslav keşişin ailəsində dünyaya göz açıb. Əsl adı Anastasiya Qavrilovna Lisovskaya kimi qəbul olunur. 15 yaşının tamamında qız Krım tatarlarına əsir düşüb, bir neçə dəfə kəniz kimi satıldıqdan sonra Osmanlı sultanının hərəmxanasına süşüb.
Sonradan Sultan Süleyman onunla ailə qurub və Xürrəm Sultan Osmanlı İmperiyası üçün verdiyi vacib qərarlarla tarixə düşüb. Xürrəm Sultan həmçinin 2-ci Sultan Səlimin anası olub.
Həmin dövrü əhatə edən "Möhtəşəm Yüzil” serialı Rusiya, Ukrayna, həmçinin bütün MDB və Avropada böyük populyarlıq qazanmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol