Müharibəyə başlayarsa, ölkəni işğal edərik – Şok təhdid

İsrail bizə qarşı bir müharibəyə başlasa, bu, onun ərazisinin işğalına yol açar.
Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan Hüseyn Səlami bildirib.
Tehranın strategiyasının "sionist rejim”i xəritədən silmək olduğunu deyən Səlami İsraili işğal edə biləcəklərini deyib.
Xatırladaq ki, ötən həftə İsrail Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran güclərini hədəf aldı. Rusiya hücumda 4 suriyalı əsgərin, İsrail mətbuatı isə 12 iranlı əsgərin öldürüldüyünü açıqlayıb.|publika.az
www.anews.az
























