"Lotu Quli"nin ad günü münasibətilə keçirilən məclisə basqın - FOTOLAR

Ukraynanın Donetsk vilayətində azərbaycanlı qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) doğum günü münasibətilə təşkil olunan məclisə təhlükəsizlik qüvvələri tərəfindən basqın olub.
Anews.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Donetsk vilayətinin polis rəisi Artem Kisko "Facebook" hesabında yazıb. O, bildirib ki, basqın zamanı 1 nəfər saxlanılıb və onun üzərindən narkotik maddə aşkar edilərək götürülüb.
Polis rəisinin sözlərinə görə, Qulinin Ukraynada təmsil etmək üçün gələn həmin adam beynəlxalq axtarışda olan cinayətkardır və cinayətkar aləmdə qayda-qanun yaratmaq məqsədilə ölkəyə gəlib.



www.anews.az
























