Senator iclas zamanı həbs edildi

Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukov Federasiya Şurasının iclasında həbs edilib.
Bununla bağlı TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumatlara görə, şuranın iclasında Araşukovun həbsinə icazə verilib. Qeyd edilib ki, iclas bağlı qapılar arxasında keçirilib.
Mənbə bildirib ki, R.Araşukova qarşı bir neçə ittiham irəli sürülüb. Bunlar arasında iki nəfərin qətli, sağlamlığa zərər vurma və digər ittihamlar da var.
Əlavə edilib ki, R.Araşukova onu sənədlərin saxtalaşdırılmasında ittiham edən Ruslan Kardanovu ötən il dekabrın 25-də döyməkdə, 2010-cu ildə "Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlini sifariş etməkdə ittiham olunur. /oxu.az
www.anews.az
























