• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın Şimali Koreyaya gizli təklifi üzə çıxdı

Rusiyanın Şimali Koreyaya gizli təklifi üzə çıxdı
29.05.2020 08:33
Şimali Koreyanın əsas müttəfiqlərindən biri də Rusiyadır. Dünyanın ən böyük ölkəsi Asiyanın qapalı dövləti ilə çox sahədə əməkdaşlıq edir. Şimali Koreyada nüvə silahının yaradılmasında da rusların birbaşa rolu olduğu bilinir.

Anews.az bizimyol.info-ya istinadən xəbər verir ki, "Washington Post” qəzeti Rusiyanın Şimali Koreyaya nüvə silahının ləğvi müqabilində atom elektrostansiyasının yaradılmasını təklif etdiyini yazır. Bu məsələ hələ keçən ilin payızında müzakirə olunub. Razılaşmaya görə, Rusiya nüvə silahının istehsalı üçün vacib olan bir çox elementləri, materialları daşıyacaq. Bununla da Şimali Koreya ballistik raketlərin istifadəsindən imtina etməli olacaq, əvəzində Asiya ölkəsi yeni enerji mənbəyi tapacaq.

Qəzet yazır ki, belə sövdələşmə ABŞ və Çinin xoşuna gəlmir. Çünki bu həm də Rusiyanın Koreya yarımadasında güclənməsi deməkdir. Rusiya bu yolla regionun əsas enerji təminatçısına çevrilir. Amma mütəxəssislər hesab edir ki, Şimali Koreya ABŞ ilə münasibətləri normallaşdırmayana qədər nüvə silahından imtina etməyəcək.

Rusiyanın Vaşinqtondakı səfirliyi məsələ haqda açıqlama vermək istəməyib.

ABŞ Şimali Koreya ilə nüvə silahından imtina ilə bağlı xeyli müddətdir danışıq aparır. Keçən ilin iyunundan danışıqlar yeni fazaya qədəm qoyub. Yayda ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə Sinqapurda görüşüb bu məsələni müzakirə etmişdi. Onda tərəflər razılığa gəlmişdi ki, KXDR nüvə silahından imtina edir, əvəzində ABŞ bu Asiya ölkəsinin təhlükəsizliyinə zəmanət verir.

Amma geridə qalan müddətdə ABŞ dəfələrlə Şimali Koreyanı razılaşmanı pozmaq cəhdində ittiham edib. KXDR də öz növbəsində amerikalıları şantaj etməyindən qalmır.

Fevralda Trampla Kim Çen Inın ikinci görüşü nəzərdə tutulub. Onlar Vyetnam sammitində bir daha nüvə silahından imtina məsələsini müzakirə edəcəklər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol