• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldü

Türkiyədə 2 azərbaycanlı ailənin qan davası - 5 nəfər öldürüldü
31.01.2019 13:24
İstanbulda bir cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.

Anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Gəncəli Əliyevi tapanca ilə vuraraq öldürməkdə şübhəli bilinən həmyerlisi Sahib M. uşağını müalicə üçün apardığı xəstəxanada saxlanılıb. Şübhəli ilə yanaşı, yanındakı Turan M. və Rişal H. də tutulub. 

Aparılan araşdırma nəticəsində türk polisi silsilə cinayəti aşkara çıxarıb. 

Məlum olub ki, 2015-ci ildə Sahib M.-in böyük qardaşı Sultangazidə Natiq G. və atası Yapon G. tərəfindən silahla vurularaq qətlə yetirilib. 

2017-ci ildə Sahib M. qardaşının ölümündə təqsirli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada yanındakı iki dostu ilə birgə təşkil etdiyi silahlı hücumda öldürüb.

2018-ci ilin avqustun 8-də Sahib M. bu dəfə də Gəncəli Əliyevi Qaziosmanpaşada silahla qətlə yetirib. 

2018-ci ilin avqustun 22-də Qaziosmanpaşada Sahib M.-in qohumu olan Ramil Məmmədov öldürülüb. Hadisəni törədən Asif A. isə saxlanılaraq həbs edilib. 

2018-ci ilin 7 oktyabrında Ruhil Ağayev adlı şəxs yenə Sahib M.-in qohumları olan Qasım M. və qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib. 
Sahib M. ittihamları qəbul etməsə də, haqqında həbs qərarı çıxarılıb, onunla birgə saxlanılan iki şəxs isə azadlığa buraxılıb.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol