ABŞ-da iki evin üzərinə təyyarə düşdü - 5 ölü, 2 yaralı

ABŞ-ın Kaliforniya ştatında 2 evin üzərinə "Cessna 414” tipli təyyarə düşüb.
"Ölkə.Az” xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər də yaralanıb.
Hadisə Yorba Linda bölgəsində baş verib. İki mühərrikli təyyarə Fullerton şəhərindəki hava limanından qalxdıqdan bir müddət sonra iki evin üzərinə çırpılıb. İnsident zamanı pilot və evlərdəki 4 nəfər həlak olub. 2 nəfər isə xəsarət alıb.
Qəzadan sonra güclü yanğın başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər iki saatlıq mübarizədən sonra alovu söndürüblər. Qəzanın səbəbi araşdırılır.
www.anews.az
























