• $
  • €
  • ₽
  • ₺
  • £

İnternetdə şəkil paylaşan molla məsciddəki işindən qovuldu – Foto

İnternetdə şəkil paylaşan molla məsciddəki işindən qovuldu – Foto
04.02.2019 17:58
İsrailin Akre şəhərindəki məscidlərdən birinin müəzzini (minarədən azan oxuyan) idman zalında çəkdirdiyi fotonu sosial şəbəkələrdə paylaşmağın güdazına gedib. Buna görə onu məsciddən qovublar.
Bizimyol.info xəbər verir ki, foto paylaşımına görə işini itirən İbrahim Əl-Masri məscidə bərpa olunmasını tələb edir. O bildirib ki, internetdə yayılan fotolarını 2017-ci ildə bodibildinq çempionatında çəkdirib. Məscid rəhbərliyi fotonu görən kimi onu "Əl-Cəzzar" məscidindən uzaqlşdırıb.

Onun sözlərinə görə, məscid rəhbərliyi bu cür məşğuliyyətin din xadimi – müəzzin üçün uyğun olmadığını düşünür. Amma İbrahim özü fərqli fikirdədir.

"Hər idman növünün öz geyimi var. Futbolun, tennisin, üzgüçülüyün hər birinin geyimi ayrıdır. Bu, bodibildinqə də aiddir", – deyə Əl-Məsri fotodakı geyimilə bağlı iradlara cavab olaraq bildirib.

İbrahim deyir ki, fotoya görə məsciddən qovulacağını ağlına gəlməzdi: "Əminəm ki, İsrail demokratik ölkədir. Kimsə səhvə yol verirsə, onu düzəldə bilər. Bir səhvi başqa bir səhvlə düzəltmək heç yaxşı hal deyil". Daxili İşlər Nazirliyinin ölkədə dini qurumların fəaliyyətinə nəzarət edən nümayəndəsi isə bildirib ki, İbrahim Əl-Məsri qaydalar çərçivəsində işdən çıxarılıb. Məsciddən isə bu haqda heç bir açıqlama vermək istəməyiblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol