• $
  • €
  • ₽
  • ₺
  • £

"Çox səs-küylü" sekslə məşğul olursan, yata bilmirəm" - Azərbaycanlıdan şok cinayət

"Çox səs-küylü" sekslə məşğul olursan, yata bilmirəm" - Azərbaycanlıdan şok cinayət
29.05.2020 08:00
Almaniyanın Bedburq şəhərində yerləşən "Barbaraştrasse" qaçqın düşərgəsində Azərbaycandan gəlmiş miqrant bir nəfəri "çox səs-küylü" sekslə məşğul olduğu üçün bıçaqlayıb. Bu hadisə ilə bağlı cinayət işi hazırda Köln dairə məhkəməsində araşdırılmaqdadır.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, 42 yaşlı azərbaycanlı miqrant Məmmədov qonşu otaqdan gələn səs-küyə görə gecə öz otağında yata bilmirmiş. Qonşu otaqda bir qız yaşayırmış.

Dəhlizə çıxaraq, o, yarıçılpaq kişini görüb və qışqırmağa başlayıb: "Sən kimsən? Nəyə görə çılpaqsan və burada nə edirsən?" Məmmədovdan qorxmuş kişi geriyə - qızın otağına daxil olub, lakin qəzəbli Məmmədov da onun ardınca gedib.

Divanda oturmuş kişiyə Məmmədov üç bıçaq zərbəsi vurub. Səs-küyə otağın sahibəsi olan qız vanna otağından çıxıb. Azərbaycanlı miqrant isə dəhlizdəki pilləkənin yanında gözləyirmiş.

Yaralı alman qızla birlikdə otaqdan çıxdıqdan sonra Məmmədov onları izləməyə başlayıb və deyib ki, onu bir də burada görsə, öldürəcək. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"Bu, müştərim üçün uğursuz gün idi. O, sərxoş imiş və qonşu qızın otağına daxil olmuş çılpaq kişini görüb. Onu öldürmək istəməyib", - məhkəmədə Məmmədovun vəkili Mario Geyeniç deyib.

Məhkəmədə ifadə vermiş Məmmədov qeyd edib ki, Almaniyaya 2015-ci ildə gəlib. Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışırmış.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol