• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan gözlənilməz qərar: Putin müharibə ilə təhdid etmişdi

Ukraynadan gözlənilməz qərar: Putin müharibə ilə təhdid etmişdi
07.02.2019 20:00
Ali Rada Ukrayna konstitusiyasına dəyişiklikləri təsdiqləyib.

Anews.az publika.az-a istinadən xəbər verir ki, dəyişikliklər ölkənin Avropa İttifaqı və NATO-ya üzvlük kursunu möhkəmlədir.

Dəyişikliklərin təsdiqi üçün minimum 300 səs lazım olsa da, onları parlamentin 334 üzvü dəstəkləyib. Dəyişikliklər həmçinin Krımda Qara dəniz donanmasının yerləşdirilməsi üçün hüquqi əsasları ləğv edib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukraynanın Ali Radası dövlətin neytral statusundan imtina edərək iki qanuna dəyişikliklər edib. 2016-cı ilin iyununda əlavə dəyişikliklərlə NATO-ya üzvlük ölkənin xarici siyasətinin hədəfi müəyyən edilib. Ukrayna həmçinin 2020-ci ilə qədər öz silahlı qüvvələrini NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməyə məcburdur.

Ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə xəbərdarlıq edib ki, Ukraynanı və Gürcüstanı sıralarına daxil etməyə çalışan NATO belə siyasətin nəticələri haqqında düşünməlidir.

"Bizim həmkarlarımız vəziyyətin kəskinləşməsinə oynayırlar, həmçinin Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etməyə çalışırlar. Belə məsuliyyətsiz siyasətin mümkün nəticələri haqqında düşünmək lazımdır", - prezident hələ 2017-ci ilin iyulunda Rusiyanın daimi nümayəndələri və səfirlərinin müşavirəsində söyləmişdi.

Daha əvvəl Putin bildirib ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol