• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın iş qrafiki qalmaqala səbəb oldu

Trampın iş qrafiki qalmaqala səbəb oldu
29.05.2020 11:06
ABŞ prezidentinin şəxsi iş qrafikinin bu həftə internetə sızması ABŞ mətbuatında geniş müzakirəyə səbəb olub. Məlumata əsasən, Donald Tramp Ağ Evdə iş saatlarının böyük hissəsini səmərəsiz keçirir.

Bu barədə "The Guardian” nəşrində geniş məqalə dərc olunub. 

Trampın tənqidçiləri "səmərəsiz iş saatları”nı onun Ağ Evdə "tənbəliyi” kimi qələmə verib. İddiaya görə, Birləşmiş Ştatların dövlət başçısı işdə başlıca olaraq "Fox News” telekanalında çıxan xəbərlərə öz "Twitter”səhifəsində canlı olaraq reaksiya verməklə məşğul olur.

"Hazırda Boka qocalar evində masaüstü oyun oynayan yaşlılar Birləşmiş Ştatlar prezidentindən çox iş görür”, - deyə keçmiş respublikaçı konqresmen Coy Skarborou MSBC-nin "Morning Joe” verilişində bildirib.

Trampın "silahdaşları” isə bu iddiaları qəti şəkildə rədd edərək, prezidentin olduqca səmərəli və məhsuldar iş qrafikinin olduğunu, gün boyu görüşlər keçirdiyini və müxtəlif telefon danışıqları apardığını bildirir.

Trampın ötən üç ayı əhatə edən şəxsi iş qrafiki ötən həftəsonu "Axios” saytına sızıb. Anonim mənbənin yaydığı məlumata görə, Tramp iş gününün 60 faizini şəxsi işlərinə sərf edir. Bu, başlıca olaraq prezidentin saat 06:00-da yuxudan oyandığı vaxtdan 11:00-a kimi olan müddəti əhatə edir. 

"Axios”un məlumatına görə, Tramp məlumatların sızmasından qorxduğundan dövlətin işinə aid olmayan görüş və zənglərini bu müddətdə həyata keçirir. Zənglər və görüşlər dedikdə, "Fox” telekanalının aparıcıları Şo Henniti və Lu Dobbs, köhnə dostu və vəkili Rudi Culiyani, Nyu-York biznesmeni Riçard LeFrak, mühafizəkar media maqnatı Kris Ruddi və keçmiş cangüdəni Kit Şiller, Konqresdən olan dostları - senator Linsey Qrehem, ABŞ konqresmeni Mark Meadou və başqaları ilə keçirdiyi görüşlər və telefon danışıqları nəzərdə tutulur.

O, mütəmadi olaraq "New York Times” və digər nəşrlərin redaksiyalarına zəng vuraraq, üz qabığındakı başlıqlardan şikayət edir.

Ağ Evin həm keçmiş, həm də cari heyəti internetə sızmış məlumatların həqiqəti əks etdirmədiyini bildirir.

mənbə: oxu.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol