• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Çin arasında diplomatik qalmaqal

Türkiyə və Çin arasında diplomatik qalmaqal
11.02.2019 23:17
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin uyğurlar üçün "islah düşərgələri” ilə bağlı bəyanatı ikrah doğurur. Çin artıq bununla bağlı Türkiyə tərəfinə etirazını bildirib.
Bu fikirləri Çin XİN-nin rəsmi nümayəndəsi Xua Çunin deyib.
"Biz Türkiyə XİN nümayəndəsinin bəyanatına diqqət yetirdik. Biz bununla bağlı artıq Türkiyə tərəfinə etirazımızı bildirmişik”, – X.Çunin brifinqdə bildirib.
Çin XİN-nin nümayəndəsi Türkiyə tərəfinin tanınmış uyğur şairi Əbdülrəhim Heyitin həbsxanada ölümü ilə bağlı məlumatı yalan adlandırıb və əlavə edib ki, o, sağdır.
Qeyd edək ki, Türkiyə XİN nümayəndəsi Hami Aksoy Çin hökumətini uyğurların hüquqlarının pozulmasına görə ittiham edib və səkkiz ildir həbsdə olan şairin taleyi ilə bağlı ən qısa zamanda bəyanat verilməsini istəyib.
Onun sözlərinə görə, milyondan çox uyğur siyasi baxışlarına görə həbsxana və düşərgələrdə işgəncələrə məruz qalır.
Çin XİN nümayəndəsi bu məlumatın həqiqətə uyğun olmadığını bildirib. (Oxu.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol