Ermənistanda daha bir hərbçi öldü - Güllə yarasından

Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissələrdən birində hərbi qulluqçu həlak olub.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan deyib.
Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan güllə yarasından ölüb.
Təfərrüatlar açıqlanmır.
www.anews.az
























