Müdirinin otağında özünü güllələdi

Hadisə Bursa şəhərində qeydə alınıb.
Türkiyənin Bursa şəhərində işçi özünü müdirinin otağında güllələyib.
Anews.az aznews.az-a istinadla xəbər verir ki, bir firmada satıcı olaraq çalışan S.M əlindəki silahla müdirinin otağına girib. Otaqda özünü silahla vuran S.M ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Hadisəni eşidən S.M-in həyat yoldaşı və yaxınları xəstəxanaya axın edib. Polis hazırda araşdırma aparır.
www.anews.az
























