• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər

“Facebook”u milyardlarla dollar cərimə gözləyir - İş məhkəməyə gedə bilər
15.02.2019 19:00
ABŞ-ın Federal Ticarət Komissiyası sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının sızmasına görə çoxmilyardlı cərimə ilə bağlı "Facebook”la danışıqlar aparır.

Bu barədə "Washington Post” iki məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Nəşrin məlumatına əsasən, tərəflər son məbləğin müzakirəsini aparır. Danışıqlar daşa dirənsə, Ticarət Komissiyası işi məhkəməyə aparacaq.

Bu, Ticarət Komissiyasının indiyə kimi hər hansı texnologiya şirkətinə kəsdiyi ən iri məbləğli cəriməyə çevrilə bilər. Nəşrin məlumatına əsasən, bundan əvvəl ən iri məbləğdə cəriməni "Google” şirkəti 2012-ci ildə ödəyib - 22,5 milyon dollar.  

"Facebook” şirkətinin rəsmisi danışıqlarda iştirak etdiklərini təsdiqləsə də, təfərrüata varmaqdan imtina edib.

Xatırladaq ki, Federal Ticarət Komissiyası 2018-ci ilin mart ayında  87 milyona yaxın sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının Donald Trampın seçki kampaniyası ilə əməkdaşlıq etmiş "Cambridge Analytica” analitik şikətinə ötürülməsi ilə əlaqədar "Facebook”a qarşı istintaqa başlamışdı.

Şirkət həmin məlumatlar əsasında seçicilərin siyasi seçimlərini araşdırıb və onlara öz maraq dairələrində olan reklamları göstərib./oxu.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol