Ordusu olmayan dövlətlər - SİYAHI

ANN.Az saytı dünyadakı 10 belə dövlətin siyahısını təqdim edir:1. Vatikan:Bu dövlətin nəzarətçiləri yalnız dini mərasimlər zamanı fəaliyyət göstərirlər. Vatikanın heç bir hərbi gücü yoxdur.
2. Nauru:Bu ölkənin müdafiə ehtiyacını Avstraliya qarşılayır.
3. Kosta Rika: 1948-ci ildə 44 gün davam edən vətəndaş müharibəsindən sonra ordu tamamilə tərxis edildi.
4. Müstəqil Samoa Dövləti: Bu ölkənin müdafiə ehtiyacını Yeni Zellandiya qarşılayır.
5. Qrenada: 1983-cü ildəki ABŞ işğalından sonra bu ölkədə heç bir hərbi birlik qalmayıb.
6. Mauritius: Bu ölkədəki bütün təhlükəsizlik məsələlərini polis çözür.
7. Marshall adaları: Bu ölkənın müdafiə ehtiyacını ABŞ Dəniz Qüvvələri qarşılayır.
8. Kiribati Respublikası: Bu ölkədə hərbi güc saxlamaq qadağandır.
9. Palau Palau: Müdafiə ehtiyacını ABŞ qarşılayır.
10. Lixtenşteyn: 1868-ci ildə 80 nəfərlik ordusu tərxis olunandan bəri bu ölkənin tərəfsiz siyasəti indiyədək davam edir.
ANN.Az
























