• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblini bayrağa salam vermədiyinə görə həbs etdilər

Məktəblini bayrağa salam vermədiyinə görə həbs etdilər
19.02.2019 13:06

Sərlövhəni oxuyanda adamın ağlına əvvəlcə Şimali Koreya gəlir. Düşünə bilərsiniz ki, məhz bu Asiya ölkəsində məktəbli ilə belə davrana bilərdilər. Amma nə qədər qəribə olsa da, məktəblini bayrağa salam vermədiyinə görə dünyanın ən demokratik ölkələrindən sayılan ABŞ-da həbs ediblər.

Bizimyol.info xəbər verir ki, hadisə Florida ştatında baş verib. Leyklend şəhərindəki məktəblərdən birində 11 yaşlı şagird ABŞ bayrağına ənənəvi əsgər salamı verməkdən imtina edib. Bu, müəllimi Ana Alvaresin xoşuna gəlməyib. Şagird bayrağı rasizm elementi adlandırıb, üstəlik, milli himnin afro-amerikalıları təhqir etdiyini deyib. Müəllim "xoşuna gəlmirsə, çıxş get başqa ölkəyə” cavabını verib. Qalmaqal böyüyüb. İşə məktəb rəhbərliyi qarışıb. Şagirdi həbs ediblər. İndi məktəb rəhbərliyi deyir ki, şagird salamlaşmaqdan imtinaya görə yox, polisə müqavimət göstərdiyi üçün həbs olunub.

ABŞ bayrağı

 

Uşağın anası Dhakira Talbot hamıdan əvvəl məktəb rəhbərliyindən narazıdır. Onun fikrincə, məsələni çox şişirdiblər: "Situasiyanı başqa cür həll etmək lazım idi. Nizam-intizam pozulubsa, bununla məktəb məşğul olmalıdır. Onu həbs etməyə ehtiyac yox idi”.

Talbot oğlunu məktəbdə çox ələ saldıqlarını bildirir. Onun dediyinə görə, uşaq təhsil ocağında təzyiqlə qarşılaşırmış. Şagirdi həbsdən buraxacaqlar. Amma o, azı üç gün məktəbə gedə bilməz. Məktəb rəhbərliyi etirazçını həm də belə cəzalandırıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol