• $
  • €
  • ₽
  • ₺
  • £

Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında

Kadırova sui-qəsd hazırlayan çeçen “Neolit” olayında
29.05.2020 04:10
Moskvanın cənub-şərqindəki "Neolit” kafesində bir qrup çeçenlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə bağlı işdə gözlənilməz dönüş baş verib.
Kütləvi davadan az sonra avtoritet Qərib Orucovun qətlə yetirilməsində Ramzan Kadırova qarşı sui-qəsd hazırlamış terrorçu Lors Xamiyev ittiham olunub. Əlaltısı ilə birgə silahlı məhkəmə tərəfindən həbs edilib.
Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu günlərdə "Neolit” kafesindəki davadan sonra Moskvanın Səmərqənd bulvarında güllələnmiş 52 yaşlı Qərib Orucovun qətlində şübhəli bilinən şəxslər saxlanılıb.
Ümumilikdə, 5 nəfər saxlanılıb və bunlardan birinin – 35 yaşlı Lors Xamiyevin çox qaranlıq keçmişi var – o, qanunsuz silahlı qruplaşmaların üzvü olub, Çeçenistan başçısı Ramzan Kadırova qarşı sui-qəsd hazırladığına görə həbs edilib. Keçmiş silahlı və daha bir Çeçenistan sakini – 33 yaşlı Həmid Cəbrayılov "millətlərarası və ya dinlərarası ədavətə görə bir qrup şəxs tərəfindən törədilmiş qətl” maddəsi üzrə ittiham olunub və Kuzminski məhkəməsi tərəfindən fevralın 19-da həbs ediliblər. Digər saxlanılanların taleyi bu günlərdə məlum olacaq.
Məhkəmə onların saxlanılma müddətini daha 72 saat artırıb və məlumata görə, hər üçü "yalan detektoru”ndan keçiblər və onlar barəsində istintaq hərəkətləri aparılıb. Bəzi məlumatlara əsasən, şübhəli şəxslərin beşi də Rostov-Dona gedərkən yolda saxlanılıblar. İstintaq şübhə etmir ki, Səmərqənd bulvarındakı qətl və "Neolit” kafesindəki dava eyni zəncirin halqalarıdır.
"Moskovski komsomolets” nəşri xatırladır ki, Qroznıda anadan olmuş Lors Xamiyev 2007-ci ilin may ayında terrorçuluqda, silah-sursat saxlamaqda, həmçinin dövlət və ya ictimai xadimə qarşı sui-qəsd hazırlamaqda ittiham edilərək saxlanılmışdı. O, 8 il müddətinə həbs edilmiş, lakin vaxtından əvvəl – 2015-ci ildə azad olunmuşdu. Bir sıra mənbələrin məlumatına görə, Xamiyev çeçen separatçılarının tərəfində vuruşub və amnistiya olunub. O, 2004-cü ildə silahlıların Nazran şəhərinə hücumunda iştirak edib, Moskvanın Pokrışkin küçəsindəki "McDonalds” restoranında törədilmiş partlayışla bağlı işdə şahidlik edib, Moskvada terror aktları törətməyə hazırlaşan mütəşəkkil cinayətkar qrupun təşkilatçısı olub. Bunlardan biri Ramzan Kadırova FTX tərəfindən qarşısı alınmış sui-qəsddir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol