• $
  • €
  • ₽
  • ₺
  • £

Beyinsiz doğulan uşaq illər sonra həkimləri təəccübləndirdi

Beyinsiz doğulan uşaq illər sonra həkimləri təəccübləndirdi
22.02.2019 20:30
Dünyaya cəmi iki faiz işlək beyinlə gələn uşaq ötən altı ildə məşqlərin köməyilə, demək olar ki, bu orqanı tam bərpa etmək üzrədir. Bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

Anews.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə də Britaniyada baş verib. Uşağın anası Şelli Uoll hamilə olanda həkimlər ona hamiləliyi yarımçıq dayandırmağı tövsiyə etmişdilər. Səbəb isə dölün inkişafdan qalmasıydı. Həkimlər dəfələrlə həm anaya, həm də ataya xəbərdarlıq etmişdilər ki, uşağın onurğa beynində problemlər var və bu üzdən onun yaşamaq şansı, demək olar ki, yoxdur.

Artıq iki övlada sahib olan cütlük həkimlərin məsləhətinə əməl etməmişdi.

"Hesab edirəm ki, gənc cütlüklər bu cür hallarda həkimlərə çox asan tabe olurlar. Bizim isə kifayət qədər yaşımız vardı və pozitiv düşünməyə çalışırdıq. Ona görə də üçüncü övladımız olan Noyuya yaşamaq imkanı verdik", - ana bildirib.

Doğuşdan sonra həkimlər valideynlərə demişdilər ki, uşaq nə görəcək, nə eşidəcək, nə danışaq, nə də yemək yeyə biləcək. Amma ailə də təslim olmurdu. Uşağı Britaniyadan Avstraliyaya, beyin məşqi mərkəzinə gətirdilər. Zaman keçdikcə Noy başqalarının köməyi olmadan oturmağı, hətta seyfinqlə məşğul olmağı da öyrəndi. Mütəxəssislər saatlarla Noyun beynini məşq elətdirirdilər. Nəticədə üç il ərizndə beynin inkişafı 80 faizə çatdı. İndi uşağın 6 yaşı var, hazırda onun arzusu tam gəzə bilmək və xizək sürməkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol