• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da çalışan gənc azərbaycanlı həkim - FOTO

ABŞ-da çalışan gənc azərbaycanlı həkim -  FOTO
26.02.2019 10:43
Çalışqan, əzmkar, iradəli xanımdır. Zarfat deyil, qısa müddətdə bir sıra uğurlara imza da atıb. Arzusu, seçdiyi ixtisası mükəmməl öyrənib, bu sahədə müvəfəqiyyət qazanmaqdır…

Haqqında söhbət açdığım Azadə İbrahimaova Bakıda dünyaya gəlib. 6-cı sinifədək 20 nömrəli orta məktəbdə oxuyub, sonra təhsilini "Qafqaz özəl türk gimnaziyası"nda davam etdirərək, 2007-ci ildə tam orta təhsilini başa vurub. 2007-2013-cü illərdə Türkiyənin İzmir şəhərindəki Ege Universitetində həkim ixtisasına yiyələnib…

2014-cü ildən ABŞ-da yaşayır. Əvvəlcə Pittsburq şəhərinin uşaq xəstəxanasında elmi işlə məşğul olub. 2015-ci ildə Filadelfiyanın Albert Enşteyn adına Tibb Mərkəzinə gəlib. 2018-ci ilədək orada pediatriya şöbəsində rezidentura keçib və "Amerika Pediatrlar Cəmiyyəti"nin imtahanlarını verərək, pediatr həkim işləmək izni alıb. Hazırda həmin mərkəzdə baş rezident kimi həm həkimlik edir və həm də inzibati vəzifə daşıyır…

Bu günlərdə daha bir uğura imza atıb. Tələb olunan imtahanları verərək, dünyada məşhur Sinsinati (Cincinnati) Uşaq Xəstəxanasının Pediatrik Hematologiya, Onkologiya və İlik Transplantasiyası şöbəsində təhsil almaq və işləmək hüququ qazanıb. Bu ilin iyul ayından orada üç il həm həkim kimi çalışacaq və həm də usaq leykemiyasi üzrə elmi işlə məşğul olacaq…

…Atası Fəyyaz İbrahimov əslən Füzuli rayonundandır, bizneslə məşğul olur. Anası Xavər xanım İbrahimova isə rus dili müalliməsidir, əslən kəlbəcərlidir. Ailədə dörd uşaq böyüyüb- iki qız, iki oğlan. Azadə yaşca evin böyük övladıdır...


İctimai işlərlə məşğul olmağı xoşlayır. Amerikada yaşasa da Azərbaycanda fəaliyyət göstərən "Leykemiya ilə mubarizə" ictimai biriyinin həyata keçirdiyi layihələrdə fəal könüllü kimi yaxından iştirak edir. Özünün və eləcə də ABŞ-da yaşayan xeyirxah insanların ianələrini mütamadi olaraq həmin təşkilata göndərir. Uşaq qan xərçəngindən əziyyət çəkən fidan balaları sevindirir…

…Azərbaycan üçün həmişə darıxır. Azərbaycanlı olduğundan özünü xoşbəxt hesab edir. Sevinir ki, indiyə kimi haqq etdiyi təhsilə yiyələnə bilib…

Deyir ki, - "Amerika elə bir yerdir ki, zəhmətinin bəhrəsini gec-tec görürsən"…

Bütün gənclər kimi o da iddialıdır. Məşhur Stiv Cobsdan- "Dünyanı dəyişdirənlər, dünyanı dəyişdirə biləcəyini düşünəcək qədər dəli ruhlu insanlardır"- nümunəsini dilə gətirərək, nə vaxtsa Azərbaycanda və qonşu ölkələrdə uşaq onkologiyasına qarşı mübarizənin dünya standartlarına uyğun inkişafına nail olacağına inanır…

İnsanları, xüsusən də uşaqları və təbiəti çox sevir. Gitarada, pianoda ifa etməyi xoşlayır. Ata-anasını, bacı-qardaşlarını dünyada ən böyük sərvəti hesab edir...

Doğrusu bu gənc xanımın savadına, əzminə, uğurlarına çox sevindim. Xalqımızın belə bacarıqlı gənclərinə baxıb sevinməmək, fəxr etməmək olarmı?..
 
baku.ws


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol