• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən cazibədar QƏBİRİSTANLIQLARI - FOTOLAR

Dünyanın ən cazibədar QƏBİRİSTANLIQLARI - FOTOLAR
04.10.2014 17:00
Son zamanlar Azərbaycanda yas, qəbiristanlıq, məzarlıq ifadələri daha çox işlənilməyə başlayıb. Mövzunun aktuallığını nəzərə alıb ANN.Az dünya məzarlıqları ilə bağlı maraq kəsb edəcək məlumatları və fotoları oxucuların diqqətinə çatdırır: 1. Haqqında danışacağımız ilk məzarlıq Miamidə - okean sularının altında yerləşir. Adı da elə bu cürdür - Sualtı Qəbiristanlıq. Bura əfsanələrə mövzu olan itkin şəhər Atlantisə bənzədilir. Ölən şəxslərin adları misdən düzəldilmiş qaba yerləşdirilərək 15 metr dərinliyində olan məzar daşlarına yerləşdirilir.2. Filippindəki Asılı Tabutlar Məzarlığı da dünyanın ən qəribə yerlərindən biri hesab olunur. Ölkənin Luzon bölgəsində yaşayan iqorot qəbiləsi əsrlərdir ki, ölülərinin tabutlarını qayalıqlardan asırlar. 3. Ölülər şəhəri Əl-Arafa - Qahirənin mərkəzində yerləşir və Misir krallarının birinin də məzari buradadır. Əsrlərdir ki. insanlar öz ölülərini uçuq-sökük evlərə, daxmalara, yaxud bağçalara dəfn edirlər. Buranı digər qəbiristanlıqlardan fərqləndirən cəhət ondan ibarətdir ki, bu evlərdə dirilər də öz ömürlərini davam etdirirlər.4. Bu qəbirstanlıq isə Yaponiyada - Koya dağında yerləşən Okunuoin Məzarlığıdır. UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən və bünövrəsi 9-cu əsrdə qoyulduğu təxmin edilən bu yer buddistlərin ruhani toplanma ərazisi kimi tanınır. Qəbiristanlıqda irili-xırdalı müxtəlif ölçülərdə 200 min dənə daşdan düzəldilmiş Buddist abidəsi var.5. Bura isə Runıniyadakı Xoşbəxt İnsanlar Qəbiristanlığıdır. Məzarlıqdakı başdaşları sevgi və hörmət mənası daşıyır. 800-ə qədər məzar taxta üzərində çəkilmiş şəkillərdən ibarətdir və şəkillər kəndlilərin həyat tərzini izah edir. Şəkillərdə mavi, qırmızı, sarı, yaşıl rənglərdən istifadə olunub. Şəkillərin altında isə ölən adamla bağlı əlavə məlumatlar yazılıb.6.  İtaliyanın Milan şəhərində yerləşən Milan Abidə Məzarlığı ölkədə ən çox turistin baş çəkdiyi ikinci ərazi kimi tanınır. Milan Abidə Məzarlığı böyük bir girişi və ağ heykəlləri ilə ziyarətçiləri qarşılayır. İçində gəzənlərin özlərini sanki açıq hava sənət muzeyində hiss etməsinə səbəb qəbiristanlıqda İtalyanın ən tanınmış sənətçi və memarlarının əsərlərinin yer almasıdır.7. Bu yer isə bizə çox da uzaq deyil - qonşu Gürcüstandakı Bonventura (Bonaventure Cemetery) Qəbiristanlığı. "Bir gecə yarısı yaxşı və pisin Bağçasında"  kitabının üz qapağında bu qəbiristanlığın fotosunun verilməsi, eləcə də məşhur oyunçu, rejissor Klint İstvudun həmin roman əsasında filmi çəkərkən bu məzaqlıqdan kadrların salınması bu tarixi yeri məşhurlaşdırıb. Yazar, eləcə də təbiət mühafizəçisi hesab olunan alim Con Myurinin bu məzarlıqda olması, öz kitabında buradan bəhs etməsi maraqlı faktlardan biridir. Buranı füsunkar və cəlbedici edən 250 illik üzəri yosun örtülü ağacların maraqlı görünüşüdür. 8. Parisdəki "Pepe Lachaise" məzarlığı yer üzündə ruhları çağırmaq istəyəcəyiniz yeganə yer kimi tanına bilər. Çünki dünyanın bir çox rəssamları, bəstəkarları, qələm sahibləri bu məzarlıqda uyuyur. Molyer, Cim Morrison, Edit Piaf, Oskar Uild, Marsel Prust burada əbədu yuxuya gedib. Ümumilikdə burada 70 min civarında qəbir olduğu deyilir.9. Londondakı "Highgate" məzarlığı qotik (özünə xas xüsusiyyəti olan bir sənət üslubü-red.) tərzində hazırlanan, eləcə də əcaib-qəraib heykəllərlə, sarmaşıq və ağaclarla örtülmüş  qəbirlər insanları çox asanlıqla ürküdə bilər. Burada məşhurlardan Karl Marksın qəbiri yerləşir.10.Kopenhagendə yerləşən "Assistens" məzarlığı - yüzlərlə qovaq ağacının sıralandığı uzun bir yol ilə ziyarətçilərini qarşılayan bu qəbiristanlığı özəlliklərindən biri insanların gündəlik həyatlarında da onlardan istifadə eləməsidir. Bir çox danimarkalı burada idman edir, velosiped sürür, piknik edir, uşaqları ilə gəzintiyə çıxır.11. Praqadakı "Köhnə yəhudi" Qəbiristanlığı. Burada iç-içə 12 min qəbir var. Praqada kiçik bir bağda yerləşir. 1479-cu ildən 1787-ci ilə qədər istifadə olunub. Əslində daha qədmi olduğu ehtimal edilir. Yəhudilər öz inanclarına görə, qəbiristanlığın çox köhnə olması səbəbilə daha ondan istifadə eləmirlər. II Dünya Müharibəsi illərindən sağ-salamat çıxan məzarlıq hazırda muzey statusunu daşıyır.12. Argentinadakı "La Recoleta" məzarlığı. Parisli mühəndis Prospere Katalinin layihəsi əsasında inşa olunan məzarlıq nəinki ölülər, elə dirilərin də hüzur tapacağı bir məkandır.Hazırladı NurayANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol