• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan və Hindistan arasındakı hava döyüşü – Təfərrüat

Pakistan və Hindistan arasındakı hava döyüşü – Təfərrüat
28.02.2019 23:44
Fevralın 27-də Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, Hindistan Hərbi Qüvvələri dörd Su-30, iki təkmilləşdirilmiş "Dassault Mirage” və iki MiQ-21 qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib.
Pakistan isə havaya 24 təyyarə qaldırıb – səkkiz F-16, dörd "Dassault Mirage” III və dörd Çin-Pakistan istehsalı olan "JF-17 Thunder” bombardmançısı.
NDTV yazır ki, qalan səkkiz təyyarə yalnız bu qrupu müşahidə edib, lakin döyüşlərdə iştirak etməyib.
Bildirilir ki, Pakistan təyyarələri Kəşmirdə təmas xəttində hərbi obyektlər yaxınlığında ərazini bombardman etdikdən sonra Hindistan pilotları onları izləyiblər.
Aviasiya zəncirinin komandiri Abhinandan Varthaman F-16-ya hücum edərək R-73 raketindən istifadə edib, lakin elə bu zaman onun MiQ-21 qırıcısı F-16 tərəfindən AIM-120 AMRAAM raketi ilə vurulub.
Varthaman katapult edib və pakistanlılar tərəfindən saxlanılıb, sonuncular onu azad edəcəklərinə söz veriblər.
Xatırladaq ki, iki ölkə arasında gərginlik fevralın 14-də meydana gəlib. Belə ki, Pakistanda mərkəzləşən "Ceyş-i Məhəmməd” qruplaşmasının terrorçusu partlayıcı dolu avtomobillə Hindistan DİN-ə tabe olan Ehtiyat Polis Qüvvələri Mərkəzinin avtobuslarından ibarət karvana hücum edib. Törədilən qanlı intihar partlayışı Hindistan və Pakistan arasında münasibətləri gərginləşdirib. (Oxu.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol