• $
  • €
  • ₽
  • ₺
  • £

“Vor Zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır – SƏBƏB

“Vor Zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır – SƏBƏB
01.03.2019 13:36
Rusiyalı kriminal avtoritetlər kütləvi şəkildə ölkəni tərk etməyə və özlərinin kriminal "briqadalarını” kənardan idarə etməyə hazırlaşır.

Anews.az virtualaz.org-a istinadla xəbər verir ki, bunun səbəbi Rusiyada prezident Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilən və artıq birinci oxunuşdan keçən qanun layihəsidir. Qanun layihəsinə əsasən kriminal iyerarxiyanın rəhbərliyinə daxil olmaq, yəni "vor zakon” titulu daşımaq avtomatik olaraq cinayət məsuliyyəti yaradır və belələrini 15 ilə qədər həbs gözləyir.

"Rosbalt” yazır ki, artıq bu cür qanqsterlərin yarıdan çoxu öz briqadalarını Türkiyə, Azərbaycan, İtaliya və digər ölkələrin ərazilərindən idarə edirlər. Lakin Rusiyanın güc strukturları da öz tədbirlərini görürlər, "vor zakon”ların telefonlarını dinləməyə qoyurlar.

"Vor zakon” titulu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun ilk dəfə Gürcüstanda, 2004-cü ildə baş vermiş "Qızılgül inqilabı”ından sonra tətbiq edilib. Mixail Saakaşvili ölkədə baş alıb gedən cinayətkarlığın və mütəşəkkil cinayətkar qruplaşmaların qarşısını almaq üçün həmin qanun layihəsini irəli sürüb. Bundan sonra Gürcüstanda "vor zakon”ların sayı kəskin azalıb. Onlar ölkəni tərk etməli olublar. Çünki polis əməliyyatı zamanı saxlanılan "vor zakon”lar kameralar qarşısında öz titullarını inkar etsələr kriminal aləmin qaydalarına görə daha bu adı daşıya bilməzdilər. Titulun təsdiqlənməsi isə cinayətin etirafı mənasını verirdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol