• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ailənin üç üzvü xərçəngdən qorxub mədələrini kəsdirdilər

Bir ailənin üç üzvü xərçəngdən qorxub mədələrini kəsdirdilər
29.05.2020 00:30
Böyük Britaniyada bir ailənin üç üzvü onlarda xərçəng xəstəliyinə irsi meylin olduğunu öyrənərək, mədələrini tamamilə kəsdirməyə qərar verib.

Anews.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Sofiya Əhməd və onun iki qardaşı - Tahir Xan və Ömər Xan İngiltərənin Staffordşir qraflığının Uolsoll şəhərində yaşayır. Anaları və bacıları mədə xərçəngindən vəfat etdikdən sonra onlar qorxuya düşüblər. 

Xəstəxanaya müraciət etdikdən sonra müayinələr aparılıb və həkim xərçəng xəstəliyi riskini aradan qaldırmaq üçün onlara qastrektomiya (cərrahi müdaxilə yolu ilə mədənin tam kəsilərək kənarlaşdırılması - red.) əməliyyatına yazılmağı tövsiyə edib. 

49 yaşlı anaları Perl Xana 2003-cü ildə xərçəng diaqnozu qoyulub və yarım il ərzində vəfat edib. 10 il sonra eyni xəstəlik bacıları Yasmin Xanda üzə çıxıb.

"Yasminin tibb tarixçəsini oxudum, bu növ xərçəngin genetik təmayüllü olduğunu öyrəndim. Müayinə nəticələri çıxana qədər hamı məni dəli hesab edirdi. Sonra bildilər ki, narahatlığımın, həqiqətən, əsası var idi", - 39 yaşlı Sofiya bildirib.

Əməliyyatlar ayrı-ayrı vaxtlarda keçirilib və hər üçü uğurla nəticələnib.

"Əvvəlki kimi, istədiyimi yeyə və istədiyimi edə bilirəm. Yeganə problem çəkiyə nəzarət və müəyyən vitamin qıtlığındadır. Ancaq mədə xərçəngi ilə müqayisədə, buna da şükür", - Sofiya bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol